Əsas səhifəXariciQazaxıstanın paytaxtında bütün aviareyslər təxirə salınıb
PAYLAŞ

Qazaxıstanın paytaxtında bütün aviareyslər təxirə salınıb

Xarici 27 Yanvar 2020 13:31 1264
Hava şəraiti ilə əlaqədar Qazaxıstanın paytaxtındakı hava limanında bütün reyslər təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin nümayəndəsi Jenis Əhmətcanov xəbər verib. J.Əhmətcanov deyib: "Nursultan Nazarbayev Beynəlxalq Hava Limanı çətin hava şəraiti və məhdud görünmə səbəbindən təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün gəliş və gediş uçuşlarını qeyri-müəyyən müddətə təxirə salındığını bildirir. Küləyin sürəti saniyədə 20-24 metrə çatır." Çovğun və güclü külək səbəbindən yanvarın 27-də Nur-Sultan şəhərində məktəblər, kolleclər və məktəbəqədər mərkəzlər bağlı olacaq.
MƏNBƏ: trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020