Əsas səhifəQəzaİranda daha bir sərnişin təyyarəsi qəzaya uğrayıb
PAYLAŞ

İranda daha bir sərnişin təyyarəsi qəzaya uğrayıb

Qəza 27 Yanvar 2020 13:42 1544

İranın Xuzistan vilayətinin Mahşəhr aeroportunda ölkənin "Caspian" hava yolları şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Trend IRIB-ə istinadən məlumat verib.

Tehran-Mahşəhr təyyarəsi eniş zamanı zolaqdan çıxıb və şəhərin Sərbəndər magistral yoluna daxil olub.

Hadisə saat 7:30-da baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.


MƏNBƏ: trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020