Əsas səhifəXariciRusiyaya məxsus təyyarədə bomba həyəcanı: Təcili eniş etdi
PAYLAŞ

Rusiyaya məxsus təyyarədə bomba həyəcanı: Təcili eniş etdi

Xarici 27 Yanvar 2020 14:32 1744

Rusiyada Xabarovsk şəhərindən Moskvaya reys həyata keçirən təyyarə anonoim təhdid səbəbindən uçuşunu yarımçıq qoyub.

Bu barədə “İnterfaks” məlumatlı mənbəyə istinadla bildirib.

“Naməlum şəxs laynerin göyərtəsinə partlayıcı qurğu quraşdırıldığını bildirib. Uçuşu dayandırıb, Xabarovsk hava limanına qayıtmaq qərarı alınıb”, - deyə mənbə bildirib. 

Daha sonra Xabarovsk Hava limanının mətbuat xidməti “Aeroflot” şirkətinin “Airbus A330” təyyarəsinin qayıtdığını bildirib.

Hava limanının nümayəndəsinin sözlərinə görə, təyyarənin minalanması barədə mesaj Rusiya Mühafizə İdarəsinə verilib. 

Yenilənmiş məlumatlara görə, təyyarədə 262 sərnişin olub.


MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020