Əsas səhifəNəqliyyatTıxaclar iqtisadiyyata necə təsir göstərir?
PAYLAŞ

Tıxaclar iqtisadiyyata necə təsir göstərir?

Nəqliyyat 27 Yanvar 2020 14:57 1135
Günümüzdə tıxaclar nəqliyyatdan istifadə edən insanların həyatının bir hissəsinə çevrilmişdir. Üstəlik də tıxaclar təkcə vaxt itkisinə səbəb olmaqla kifayətlənmir. Eyni zamanda iqtisadi baxımdan da ciddi zərərlərə səbəb olur. Avtomobil xidmətləri və nəqliyyat analizi üzrə mütəxəssis olan “INRIX” adlı amerikalı şirkət və “İqtisadiyyat və Biznes Təhlili Mərkəzi” adlı müəssisənin 2014–cü ilin oktyabr ayı üçün birlikdə hazırladığı hesabata görə, əhalinin artması, ümumdaxili məhsul istehsalının çoxalması, yanacaq qiymətlərinin aşağı düşməsi və əhalinin avtomobil sahibliyindəki artım səbəbilə ABŞ–da tıxacların birbaşa və ya dolayı yolla səbəb olduğu maddi itki 2030–cu ilə qədər 186 milyard dollara çatacaq. Qeyd edək ki, 2013–cü ildə bu göstərici 124 milyard dollar həcmində idi. Yəni, ABŞ–dakı tıxacların səbəb olduğu maliyyə itkisinin 17 il ərzində 50% artacağı proqozlaşdırılır. Təbii ki, bu göstərici araşdırmanın həyata keçirildiyi il mövcud olan şəraitin nəzərdə tutulan illərdə də davam edəcəyi təqdirdə keçərlidir. Misirin paytaxtı Qahirənin 2010–cu ildəki tıxac problemi təqribən 50 milyard Misir funtu məbləğində bir maliyyə itkisinə səbəb olmuşdu. Bu rəqəm də Misirin ümumdaxili məhsul istehsalının 4%-nə bərabərdir.
MƏNBƏ: banco.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020