Əfqanıstanda qəzaya uğrayan təyyarə 10-dan az insanın olduğu ABŞ-ın kiçik hərbi təyyarəsi olub.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi bildirib.
Məlumata əsasən, hazırda təyyarənin vurulmasına dair heç bir sübut yoxdur.
Bundan əvvəl "Taliban" hərəkatının silahlıları təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürmüşdülər. Taliblər, həmçinin təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə aid olduğunu və ölənlər arasında bir neçə MKİ zabitinin olduğunu da bildiriblər.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər