Əsas səhifəNəqliyyatAvtomobil Yolları Dövlət Agentliyi bu il üçün - PLANLARINI AÇIQLAYIB
PAYLAŞ

Avtomobil Yolları Dövlət Agentliyi bu il üçün - PLANLARINI AÇIQLAYIB

Nəqliyyat 28 Yanvar 2020 14:22 2036

2019-cu il üçün tərtib edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Azərbaycanda 1376.6 km uzunluğunda 56 layihə başa çatıb.

Eləcə də bax: Sumqayıt yolunun nə vaxt genişlənəcəyi - MƏLUM OLDU

FED.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Agentliyin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasında deyib.

S.Məmmədov bildirib ki, bura 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri daxildir.

Sədrin sözlərinə görə, bundan əlavə, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43.8 km oln 3 respublika əhəmiyyətli, uzunluğu 79.3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197.6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib.


MƏNBƏ: fed.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020