Əsas səhifəXariciQazaxıstandan Bakıya uçan təyyarə geri qayıtdı
PAYLAŞ

Qazaxıstandan Bakıya uçan təyyarə geri qayıtdı

Xarici 29 Yanvar 2020 14:29 1299

Qazaxıstanın “Air Astana” aviaşirkətinin Nur-Sultan-Bakı reysi ilə uçan təyyarəsi Bakıya çatmamış Qazaxıstana geri dönməli olub.

Bu barədə Trend-ə aviaşirkətdən məlumat veriblər.

Qeyd olunub ki, bu, koronavirusla əlaqəli deyil və təyyarənin geri dönməsinə texniki nasazlıq səbəb olub:

“Nur-Sultan – Bakı reysi ilə uçuş həyata keçirən təyyarə qanadın buzlanmasının qarşısının alınması sistemindəki qüsurla əlaqədar geri, Nur-Sultana qayıtmalı olub”.

Şirkətdən onu da bildiriblər ki, eniş adi rejimdə baş tutub.


MƏNBƏ: trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020