Əsas səhifəÖlkəBakıda hər gün yolu kəsən "Galenvagen"i yol polisi belə cəzalandırdı
PAYLAŞ

Bakıda hər gün yolu kəsən "Galenvagen"i yol polisi belə cəzalandırdı

Ölkə 29 Yanvar 2020 15:59 2044

Bakıda ikinci zolaqda park edən “Galendewagen” markalı avtomobil cərimə meydançasına aparılıb. Avtosfer.az xəbər verir ki, paytaxtın Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin kəsişməsində (Dinamo otelinin yanı) 90 XV 091 dövlət qeydiyyat nişanlı “Mercedes “Galendewagen” markalı avtomobilinin sürücüsü mütamadi olaraq yolun hərəkət hissəsində, ikinci zolaqda maşını saxlayaraq digər sürücülərə maneə yaradır.

Dəfələrlə yol polisi əməkdaşları sürücüyə xəbərdarlıq edib. Lakin sürücü əhəmiyyət verməyərək birinci cərgədə yer olduğu halda, ikinci cərgədə avtomobili saxlayıb və hərəkətə maneə yaradıb. Yol polisi əməkdaşlarına qarşı saymazlıq nümayiş etdirən sürücü bu gün sərt çəkildə cəzalandırılıb. Belə ki, DYP-nin təşəbbüsü ilə avtomobil evakuasiya edilərək cərimə meydançasına aparılıb. 


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020