Əsas səhifəXarici"Lufthansa" koronavirusla əlaqədar Çinə uçuşları dayandırıb
PAYLAŞ

"Lufthansa" koronavirusla əlaqədar Çinə uçuşları dayandırıb

Xarici 30 Yanvar 2020 10:33 1271

Almaniyanın "Lufthansa" aviaşirkəti koronavirus səbəbindən Çinə uçuşları fevralın 9-dək dayandırıb.

"APA-Economics"in Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Lufthansa"nın törəmə şirkətləri olan "Swiss Airlines" və "Austrian Airlines"ın da Çinə uçuşları qeyd olunan tarixədək dayandırıblar.

Qeyd edək ki, bundan əvvəl uçuşların qismən və ya tamamilə ləğvi barədə qərar "British Airways", "Lion Air", "United Airlines", "Air Canada" və digər daşıyıcılar tərəfindən verilib.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Pekin, "China Southern Airlines" isə Quançjou-Bakı aviareysləri üzrə uçuşları müvəqqəti olaraq dayandırıb.


MƏNBƏ: apa.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020