Əsas səhifəNəqliyyatYaxın günlərdə “Toyota” 118 “Alphard” modelini geri çağıracaq
PAYLAŞ

Yaxın günlərdə “Toyota” 118 “Alphard” modelini geri çağıracaq

Nəqliyyat 30 Yanvar 2020 10:36 1587

“Toyota” şirkəti Rusiyadan 118 “Alphard” modelini geri çağıracaq. Avtosfer.az xəbər verir ki, buna səbəb təhlükəsizlik kəmərində mümkün nasazlıqdır. Bu barədə “Rosstandart” məlumat verib. Çığırış, 2019-cu ilin oktyabrın 31-dən indiki vaxta qədər realizə olunmuş avtomobillərə şamil olunacaq.

Şirkətin rəsmi saytında, arxa kreslolarda təhlükəsizlik kəmərlərinin istehsalı zamanı quraşdırılmış iki kilidləmə sistemindən birində qüsurun yarana biləcəyi bildirilib. 

Əgər sözügedən nasazlıq aradan qaldırılmazsa, baş verən qəza zamanı təhlükəsizlik kəməri sərnişini saxlamaya bilər və bu da öz növbəsində ciddi yaralanmaya gətirib çıxara bilər.


Şirkət, geri çağırılan avtomobil sahiblərinə pulsuz servis xidməti və lazım gəldiyi təqdirdə təhlükəsizlik kəmərinin yenisi ilə əvəzlənəcəyini təklif edəcək.

Servis aksiyası ilə bağlı avtomobil sahiblərinə SMS və ya elektron poçta vasitəsi ilə bildirişlər yaxın günlərdə göndəriləcək.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020