Əsas səhifəXariciOkeana düşən təyyarənin sərnişinlərinin xilas anı
PAYLAŞ

Okeana düşən təyyarənin sərnişinlərinin xilas anı

Xarici 30 Yanvar 2020 10:45 1284

Sosial şəbəkələrdə okeana düşən təyyarənin sərnişinlərinin möcüzəvi qurtuluşu barədə kadrlar yayımlanıb.

“Daily Mail”in məlumatına görə, yüngülmotorlu təyyarə Avstraliyanın şərq sahilində Freyzer adasının 100 metrliyində qəzaya uğrayıb.

Kadrlarda xilasetmə gödəkçələrində olan bir neçə nəfərin sahildə istirahət edən insanların köməyilə sudan çıxarıldığı görünür.

“Ümidvaram ki, təyyarədə onlardan başqa heç kim olmayıb. Əgər varsa, onda dəqiq həlak olublar”, - deyə videonun müəllifi şərh verib.

Sahildə onları tibb işçiləri gözləyib.

Dənizdə Təhlükəsizlik üzrə İdarənin nümayəndəsi bildirib ki, fəlakət siqnalı təyyarə düşməzdən əvvəl qəbul edilib.

Hadisənin səbəbləri barədə araşdırmalara başlanılıb.


MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020