Yəməndəki husi döyüşçülər Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”ya növbəti hücum həyata keçiriblər.
BAKU.WS NTV Türkiyə-yə istinadən xəbər verir ki, şirkətin Cizan şəhərindəki terminalları raket və dronlarla vurulub.
Bundan başqa, Ebha və Cizandakı hava limanları, Hamis Muşaytdakı bir hərbi baza və ölkə ərazisindəki bəzi “həssas” obyektlərə də zərbələr endirilib.
Husilərin hərbi sözçüsü Yəhya Seri bildirib ki, Yəmənin paytaxtı Sənaya edilən güclü hücumun qarşısını alıblar. O, əks-hücum nəticəsində Cevf və Marib şəhərlərində 2500 kilometrdən çox ərazini ələ keçirdiklərini söyləyib.
Xatırladaq ki, ötən ilin sentyabrında da “Saudi Aramco” terminalları dronlarla vurulmuşdu. Bu səbəbdən şirkət 5,7 milyon barrel ziyana düşmüşdü.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri 2015-ci ildən etibarən Yəmənə hücumlarını davam etdirir. Hücumlar nəticəsində 50 mindən çox insan ölüb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər