Əsas səhifəİqtisadiMetronun “İçərişəhər” alçaldıcı yarımstansiyası yenidən qurulub
PAYLAŞ

Metronun “İçərişəhər” alçaldıcı yarımstansiyası yenidən qurulub

İqtisadi 30 Yanvar 2020 12:47 1425

Bakı Metrosunun “İçərişəhər” alçaldıcı yarımstansiyası yenidən qurulub.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, metronun fasiləsiz işi etibarlı elektrik təchizatı ilə təmin edilir. Elektrik təchizatının dayanıqlılığının və etibarlılığının təmin olunması işləri daim daha geniş planda və sistemli şəkildə davam edir. Bu mənada Bakı Metropoliteninin elektrik təchizatı sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər mütəmadi aparılır. “İçərişəhər” alçaldıcı yarımstansiyasının elektrik qurğu və avadanlıqları fiziki və mənəvi cəhətdən köhnəldiyindən onların yeni və müasir qurğu və avadanlıqlarla əvəzlənməsi zərurəti yaranmışdı. Dövrün tələbləri nəzərə alınaraq, 50 ildən çox istismarda olan yarımstansiya yenidən qurulub, 6 kV-luq komplekt paylayıcı qurğu, 380 V-luq və 220/127V-luq paylayıcı qurğular, 110V-luq sabit cərəyan lövhəsi, akkumulyator qurğuları yenilənib, yarımstansiyanın gücünün artırılması məqsədilə 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, 6 ədəd yeni transformator quraşdırılıb. Yeni quraşdırılan bütün müasir qurğu və avadanlıqlar "Siemens" şirkətinə məxsusdur.

Sistemin eyni şirkətin avadanlıqlarından qurulması onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verir. “Siemens”in nümayəndələri tam şəkildə quraşdırılmış “İçərişəhər” yarımstansiyasının işləri ilə tanış olub, yoxlama aparıb. Yarımstansiya tam gücü ilə işləyir.

Yarımstansiyanın mərkəzi SCADA (texnoloji proseslərin yaddaş və məsafədən idarə olunması) sisteminə qoşulması işləri "Siemens" şirkəti tərəfindən yerinə yetirilib. Eləcə də son illərdə bu istiqamətdə mühüm işlər yerinə yetirilib. Ötən 2 il ərzində yeni istehsalat və təmir sahələri ilə böyüyən "Nərimanov" elektrik deposunda elektrik təchizatı sistemi yenidən qurulub və 2 yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bu işlər əvvəllər "Sahil", "Gənclik", "Elmlər Akademiyası" elektrik yarımstansiyalarında da aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


MƏNBƏ: azertag.az

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 2392

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020