Əsas səhifəİqtisadi“Buta Airways”in veb-saytının bəzi funksiyaları işləməyəcək
PAYLAŞ

“Buta Airways”in veb-saytının bəzi funksiyaları işləməyəcək

İqtisadi 30 Yanvar 2020 12:51 1380

“Buta Airways”in veb-saytının bəzi funksiyaları işləməyəcək.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, “Buta Airways”in resurslarının sənayenin innovativ flaqmanı “Amadeus” platformasına köçürülməsi ilə əlaqədar rəsmi “www.butaairways.az” veb-saytının bəzi funksiyaları fevralın 5-dən (Bakı vaxtı ilə 20:00) etibarən müvəqqəti olaraq işləməyəcək. Sayt və mobil əlavədə işlər görüldüyü müddət ərzində aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması səhifəsi işləməyəcək.

Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür. Onlayn qeydiyyatın aktiv olmadığı müddət ərzində bütün reyslərə hava limanlarında qeydiyyat ödənişsizdir.

Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə “[email protected]” elektron poçt ünvanı, saytdakı əks əlaqə forması və yaxud “WhatsApp” (+994 70 437 40 86) vasitəsilə müraciət etmək olar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


MƏNBƏ: azertag.az

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 1895

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020