Əsas səhifəÖlkəBakı metrosunda gözdən əlillər üçün taktil plitələr döşənməsinə başlandı
PAYLAŞ

Bakı metrosunda gözdən əlillər üçün taktil plitələr döşənməsinə başlandı

Ölkə 30 Yanvar 2020 13:18 1606

Bakı Metropoliteninin stansiyalarında taktil plitələri döşənir.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, adıçəkilən plitələr stansiyaların platformalarında hüdud xətti ilə paralel çəkilir: "Bu plitələr əsasən görmə imkanı məhdud olan şəxslər üçün nəzərdə tutulub. Bu, həm hüdud xətti, həm də görmə qabiliyyəti məhdud olan sərnişinlər üçün hərəkət zolaqlarıdır".

Qurum rəsmisi bildirib ki, bu zolaqlar əsaslı təmir edilən bütün stansiyalarda girişdən platformaya qədər quraşdırılacaq: "Artıq “Koroğlu" metro stansiyasında görmə qabiliyyəti məhdud insanlar üçün sarı zolaq çəkilib. Hazırda taktil plitələrin digər stansiyalarda da döşənməsi istiqamətində tədbirlər görülür".


MƏNBƏ: az.trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020