Meksika ordusu Argentinadan qalxan və göyərtəsində 1 ton narkotik olan təyyarəni saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Meksika Milli Müdafiə Nazirliyi bəyanat yayıb.
Məlumata əsasən, Meksikanın Konsumel adası rayonunda şübhəli təyyarə qeydə alınıb, dərhal onun ardınca hərbi təyyarələr göndərilib. Hərbi təyyarələri görən pilotlar yaxınlıqdakı aerodromlardan birinə məcburi eniş etməli olublar. Hərbçilərin axtarışı nəticəsində təyyarədə 32 paketə yerləşdirilmiş kokain aşkarlanıb. Ələ keçirilən narkotikin qiymətinin qara bazarda 12 milyon dollar olduğu bildirilir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər