ABŞ Müdafiə Nazirliyi Əfqanıstanda təyyarə qəzasında ölən hərbçilərin şəxsiyyətini açıqlayıb.
Redaktor.az-ın ABŞ Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, yanvarın 27-də Əfqanıstanın Qəzni vilayətində "Bombardier E-11A" təyyarəsinin qəzaya uğraması nəticəsində 46 yaşlı polkovnik-leytenant Paul Voss və 30 yaşlı kapitan Rayn Faneuf həlak olub.
Qeyd olunub ki, P. Voss Virciniyadakı “Langley-Eustis” hərbi bazası hava komandalığının, kapitan R. Faneuf isə Cənubi Dakota ştatındakı “Ellsworth” hərbi hava qüvvələri bazasının 37-ci eskadronunun hərbçiləridir. Onlar ABŞ-ın “Operation Freedom's Sentinel” missiyası çərçivəsində Əfqanıstanda xidmət ediblər.
Xatırladaq ki, İran mediası ABŞ-a məxsus təyyarədə həlak olanlardan birinin Mərkəzi Kəşfiyyat İdarəsinin Qərbi Asiya ölkələri üzrə departamentinin rəhbəri Maykl Andrea olduğunu iddia edirdi.//Apa.az
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər