Əsas səhifəMaraqlıBütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi...
PAYLAŞ

Bütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi...

Maraqlı 30 Yanvar 2020 13:51 2014

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Tural Sofuyev nümunəvi addım atıb.

Redaktor.az xəbər verir ki, bu barədə sosial media məlumat yayılıb. Qeyd edilib ki, DİN əməkdaşı yanvarın 19-da 1 yaşlı oğlu Məhəmmədə kiçik toy edib. Polis leytenantı toya "Ümid evi" körpələr evində məskunlaşmış 4 azyaşlını - Mərhəmət, Hacı, Novruz və Yusifi dəvət edib. Balaca qonaqlara da öz oğlu ilə birlikdə toy qiyafəsi geyindirib və bəylik kürsüsünə əyləşdirib. Körpələr evinin sakinlərini öz övladlarından fərqləndirməyən leytenant və mərasimin digər qonaqları uşaqları rəqsə dəvət edib, diqqət, qayğı göstəriblər.

Polis əməkdaşı həmin kimsəsiz körpələrin də sünnət xərclərini öz üzərinə götürüb. Onlar bu həftənin cümə axşamı günü "Topçubaşov" adına xəstəxanada sünnət əməliyyatı ediləcəklər.

Qeyd edək ki, Tural Sofuyevin bir qızı, bir oğlu var.


MƏNBƏ: day.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020