Əsas səhifəNəqliyyat"Toboil" sürücüləri bu üsulla aldadır- Ehtiyatlı olun
PAYLAŞ

"Toboil" sürücüləri bu üsulla aldadır- Ehtiyatlı olun

Nəqliyyat 30 Yanvar 2020 14:25 1586

Bakı-Sumqayıt yolunda yerləşən "Toboil" yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması ilə bağlı redaksiyamıza şikayət daxil olub. Sürücü Avtosfer.az-a müraciət edərək bildirib ki, avtomobilinə yanacaq doldurmaq üçün mütəmadi olaraq həmin yanacaqdoldurma məntəqsindən istifadə edir. Hər dəfə yanacaq doldurduqdan sonra operatorlar onun qalıq pulunu düzgün qaytarmır. Yanacağı vurduqdan sonra əgər 5 və ya 10 qəpik qalıq pul qaytarılmalıdırsa onu sürücüyə bildirmirlər. Sürücü qeyd edir ki, yanvarın 29-u həmin yerdə yanacaq doldurduqdan sonra operator onun 30 qəpiyini mənimsəmək istəyib. Bu zaman mübahisə yaranıb və sonra sürücünün 30 qəpiyi qaytarılıb. O, bildirir ki, hər dəfə yanacaqdoldurma məntəqəsinə daxil olan zaman onun pulunu bu üsulla mənimsəmək istəyirlər. 

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020