Əsas səhifəÖlkəYol polisinə tabe olmayan şəxs həbs olundu: 30 gün
PAYLAŞ

Yol polisinə tabe olmayan şəxs həbs olundu: 30 gün

Ölkə 30 Yanvar 2020 14:31 1846

Yanvar ayının 27-i saat 13:00 radələrində Nərimanov rayon Ziya Bünyadov prospektində yerləşən “Bazar Store” alış-veriş mərkəzinin yanında bir şəxs uca səslə vətəndaşları təhqir edərək narahatlıq yaradıb. Bu barədə Avtosfer.az-a oxuculardan biri məlumat verib. Bildirilib ki, ətrafda olan insanlar ərazidə  99-YP-352 dövlət nömrə nişanlı, yol polisinə məxsus avtomobildə xidmət aparar inspektorlara yaxınlaşaraq şikayət ediblər.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. "Vətəndaşlar ərzidə xidmət aparan polis baş serjantı Murad Salahzadə və serjant Məhəmməd Nəzirova məlumat veriblər. Yol polisi əməkdaşları dərhal vətəndaşların verdiyi məlumat əsasında həmin şəxsə yaxınlaşıb. Onu qanunun tələblərinə tabe olmağa dəvət ediblər. Eyni zamanda vətəndaşları narahat etdiyini və bu əməlin qanunazidd olduğunu bildiriblər. Lakin həmin şəxs yol polislərinin qanuni tələblərinə tabe olmayıb. Yol polisləri həmin şəxsi saxlayaraq aidiyyəti üzrə 16-ci polis bölməsinə təhvil verib."

Vaqif Əsədov bildirib ki, araşdırma zamanı məlum olub ki, qanunu pozan şəxs 1994-cu il təvəllüdlü, Masallı rayon sakini İbrahibov Hacıbala Ehtiram oğludur. "Onun barəsində toplanmış sənədlər aidiyyəi üzrə rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsi 1994-cu il təvəllüdlü, Masallı rayon sakini İbrahibov Hacıbala Ehtiram oğlu barəsində İnzibatı xətalar məcəlləsinin 510 və 535-ci maddəsini pozduğu üçün 30 gün həbs qərarı çıxarıb."


Şöbə rəisi bir daha vətəndaşların nəzərinə çatdırıb ki, qanunazidd əməllərə yol verməsinlər və eyni zamanda polisin qanuni tələblərinə tabesizlik göstərməsinlər. 


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020