Onlardan biri 46 yaşlı podpolkovnik, digəri isə 30 yaşlı kapitandır
Əfqanıstanın Qəzni əylətində ABŞ-ın Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Bombardier E-11A” tipli təyyarənin qəzaya uğraması nəticəsində həlak olan iki hərbçinin şəxsiyyətləri müəyyənləşdirilib. Avtosfer.az xəbər verir ki, dəqiqləşdirməni Pentaqondan olan mütəxəssislər aparıb. Bu barədə “Ariana news” məlumat verib.
Bildirilir ki, hadisə nəticəsində vəfat edən hərbçilərdən biri 46 yaşlı polkovnik-leytenant Paul Voss, digəri isə 30 yaşlı kapitan Rayn Faneufdur. Amerika hərbçiləri cəsədlərin qalıqlarını qəza yerindən götürüblər.
Qeyd edək ki, ABŞ-ın “Bombardier E-11A” tipli təyyarəsi yanvarın 27-də Qəzni əyalətində qəzaya uğrayıb. Məsuliyyəti “Taliban” radikal hərəkatı öz üzərinə götürüb.
Amerika tərəfi təyyarənin qəzaya uğrama faktını təsdiq edib, ancaq ABŞ komandanlığının nümayəndəsi polkovnik Sonni Leqqett təyyarənin qəzaya uğramasında “Taliban”ın iştirakını təkzib edib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər