Türkiyənin İstanbul şəhərində polisə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident yanvarın 24-də Pendik rayonunda baş versə də, hadisənin görüntüləri bu gün yayımlanıb.
Məlumata görə, 29 yaşlı Mustafa D., özünü hərəkətdə olan polislərin olduğu xidməti avtomobilin qarşısına atıb. Bundan sonra polis əməkdaşları maşından enərək onun yanına yaxınlaşmaq istəyiblər, lakin Mustafa onlara bıçaqla hücum edib. Bir asayiş keşikçisini yaralayan cinayətkar, digər polis əməkdaşları tərəfindən yerə uzadılaraq qandallanıb və ardınca da xidməti maşına mindirilərək polis bölməsinə aparılıb. Yaralı polis, hadisə yerinə çağırılan ambulansla xəstəxanaya çatdırılıb. Müalicə üçün palataya yerləşdirilən polisin həyatı təhlükəsinin olmadığı bildirilib.
Yaxalanan şəxs isə narkotik vasitə istifadə etməkdə və qumar oyunu təşkil etmək cinayətlərindən həbsxanada olduğu, ancaq oradan “sınaq müddəti” çərçivəsində azadlığa buraxıldığı məlum olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalara aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər