Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, yanvarın 29-da saat 16 radələrində Qax rayonunun Əmbərçay kəndi ərazisində kənd sakini Namiq Hətəmovun idarə etdiyi “VAZ-21063” və Balakən şəhər sakini İ.Kərimovun idarə etdiyi “Mercedes-Vito” markalı avtomobillər toqquşub.
Nəticədə N.Hətəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər