Belarusiyanın Moqilyov şəhərində doqquz yaşlı uşaq atasının maşınını oğurlayıb.
“Kanal 24” xəbər verir ki, uşaq qaçırdığı maşını oxuduğu məktəbə sürüb.
Qaçırılma anı müşahidə kameralarına düşdüyü üçün avtomobilin yeri qısa zamanda müəyyənləşdirilib.
Məlum olub ki, atasının evdə olmamasından istifadə edərək məktəbli maşını oğurlayaraq məktəbə sürüb.
Maraqlısı odur ki, maşınların çox olmasına baxmayaraq, uşaq problemsiz yarımkilometr yol sürərək maşını məktəbin həyətində park etməyə nail olub.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər