Əsas səhifəQəzaAvtomobil işıq dirəyinə çırpıldı, yaralı var
PAYLAŞ

Avtomobil işıq dirəyinə çırpıldı, yaralı var

Qəza 31 Yanvar 2020 11:01 1366

Suraxanı rayonunda baş verən yol qəzası zamanı bir nəfər xəsarət alıb. Hadisə İlqar Musayev küçəsində, Günəşli qəbiristanlığının yaxınlığında qeydə alınıb. Taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə zamanı avtomobil deformasiyaya uğrayıb, sürücünün yüngül xəsarət aldığı bildirilir.  

Zərbənin gücündən işıq dirəyinə ciddi ziyan dəyib.  

Əraziyə Suraxanı Rayon DYP əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır.  


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020