Ədalət Şükürovun “20 Yanvar” dairəsi ətrafında çəkərək paylaşdığı video sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Avtosfer.az xəbər verir ki, müğənni videonu çəkən vaxt təhlükəsizlik kəmərindən istifadə etməyib və nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə edib. Bu isə qanunvericiliyə zidd hərəkətdir.
Müğənni çəkdiyi videoda sürücülərin maarifləndirilməsi məsələsini qeyd edir, lakin özü qayda pozmaqla cəmiyyətə pis örnək olur. Ədalət Şükürov auditoriyası geniş olan, dinləyiciləri tərəfindən sevilən müğənnilərdən biridir. O, öz nümunəvi hərəkətləri ilə hamıya nümunə olmalı, cəmiyyətin düzgün inkişafı və istiqamətlənməsində bir vətəndaş mövqeyi göstərməlidir. Görünən mənzərədən aydın olur ki, müğənni insanları maarifləndirmək əvəzinə, qayda pozmağıyla daha da pis örnək olur.
Ümid edirik ki, pozduğu qaydaya görə Dövlət Yol Polisi əməkdaşları onu məsuliyyətə cəlb edəcək.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər