Artıq polisə sosial şəbəkə vasitəsi ilə müraciət etmək mümkündür. Bu baradə Avtosfer.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, vətəndaşların müraciət etməsi üçün sosial şəbəkələrdə geniş imkanlar yaradılıb. Müraciət üçün Daxili İşlər Nazirliyinin "102'' xidməti daxil olmaqla, internet-informasiya resurslarından, eləcə də sosial şəbəkələrdən istifadə etmək mümkündür. Bunun üçün vətəndaşlar feysbukda ''Bakı Şəhər Baş Polis İdarəsi'' yazmaqla həmin səhifəyə daxil olub müraciət edə bilər.
Qeyd edək ki, sosial şəbəkə üzərindən hansısa bir məsələ ilə bağlı şikayət və ya müraciət edən vətəndaş heç bir ərazi polis orqanına dəvət olunmadan, sorğu-suala çəkilmədən təxirəsalınmaz qaydada müvafiq tədbirlər həyata keçirilir.
Elşad Hacıyev onu da bildirib ki, gün ərzində Bakı Şəhər Baş Polis İdarəsinin feysbuk səhifəsinə kifayət qədər vətəndaş müraciət edir.
Bundan sonra şahidi olduğunuz hadisə və ya cinayətlə bağlı 24 saat fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin ''instagram'', Bakı Şəhər Baş Polis İdarəsinin isə ''facebook'' səhifəsinə də müraciət edə bilərsiniz.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər