Əsas səhifəÖlkəGəncədə avtoxuliqanlıq edənlərin şok görüntüləri yayıldı
PAYLAŞ

Gəncədə avtoxuliqanlıq edənlərin şok görüntüləri yayıldı

Ölkə 31 Yanvar 2020 11:08 1301

Gəncədə avtoxuliqanlar saxlanılıblar. Avtosfer.az məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri Nail Rzayev, Eldəniz Nəcəfov, Suliddin Novruzov və Taleh Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.

"Mercedes”, "VAZ-21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020