İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri zamanı yaralanan Amerika hərbi qulluqçuların sayı 64 nəfərə çatıb.
“Report” xəbər verir bu barədə məlumatlı mənbələrə istinadən CNN bildirib.
Zərərçəkənlərə yüngül kəllə-beyin travmaları diaqnozları qoyulub. Yaralanmış 64 nəfərdən 39-u artıq xidmətə qayıdıb.
Daha əvvəl Pentaqonun rəsmi nümayəndəsi general-polkovnik Tomas Kempbell hücum zamanı 50 nəfərin xəsarət aldığını bildirib. ABŞ prezidenti Donald isə Pentaqon rəsmisindən də əvvəl hücum zamanı Amerika hərbçiləri arasında yaralananların olmadığını deyib.
Qeyd edək ki, yanvarın 8-də gecə ABŞ-ın İraq ərazisindəki bir neçə hərbi obyekti hücüma məruz qalıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər