Əsas səhifəÖlkəBakıda gəncin ölümünə səbəb olan motosikletçi hakim qarşısında
PAYLAŞ

Bakıda gəncin ölümünə səbəb olan motosikletçi hakim qarşısında

Ölkə 31 Yanvar 2020 12:05 1921

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Ramin Təhmirazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Oxu.Az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Fikrət Qəribovun icratına verilib. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayının 22-də paytaxtın Yasamal rayonunda baş verib.

Belə ki, Xəlilov Rahib Bəybala oğlu idarə etdiyi “Hyundai Tucson” markalı 90-BM-329 dövlət nömrə nişanlı avtomobillə Ə.Ələkbərov küçəsində hərəkətdə olarkən Təhmirazov Ramin Əli oğlunun idarə etdiyi 10-B-619 dövlət nömrə nişanlı motosikletlə toqquşub.

Hadisə nəticəsində motosikletdə olan sərnişin, 1997-ci il təvəllüdlü Əsgərov Xəyal Səbuhi oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən olunub ki, R.Təhmirazovun motosiklet sürmək hüququ olmayıb. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.


MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020