Əsas səhifəXariciRusiya zavodu Bakı Metropoliteni üçün təkər cütləri istehsalına başlayıb
PAYLAŞ

Rusiya zavodu Bakı Metropoliteni üçün təkər cütləri istehsalına başlayıb

Xarici 31 Yanvar 2020 14:10 2076

Rusiyadakı Oktyabr Elektrik Vaqon Təmiri Zavodu (“Transmaşholdinq” ASC-nin tərkibinə daxildir) Bakı Metropoliteni üçün təkər cütləri istehsalına başlayıb.

“Report” “Metallosnabjenie i sbıt” onlayn jurnalına istinadən xəbər verir ki, bu barədə “Transmaşholdinq”in Xarici Əlaqələr İdarəsindən məlumat verilib.

On altı təkər cütü istehsalı üzrə müqavilə bu il yanvarın 10-da imzalanıb.

Zavod Bakı Metropolitenində istifadə olunan 81-717 / 714 tipli metro vaqonları üçün təkər cütlərini üç ay ərzində istehsal etməlidir.

Təkər cütlərinin istehsalına hazırlıq məqsədilə zavodda dizayn sənədləri hazırlanıb, texnoloji zəncirdə dəyişiklik edilib, lazımi avadanlıq alınıb və personala əlavə təlim keçirilib.

Hazır təkər cütləri zavodda ultrasəs, maqnit hissəciyi və elektromqanit dözümlülük sınaqlarından keçir, bunun sayəsində də istehlakçıya yüksək keyfiyyətli məhsul almaq zəmanəti verilir.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020