Əsas səhifəXariciPul daşıyan maşını qarət etmək istədilər; kameraya düşdülər
PAYLAŞ

Pul daşıyan maşını qarət etmək istədilər; kameraya düşdülər

Xarici 31 Yanvar 2020 15:23 1636

İnkassatorun sürücüsü özünü itirməyərək maşını arxaya verib və cinayətkarlardan uzaqlaşıb.

İnkassatoru qarət etmək istəyən iki şəxsin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Rusiyanın Novosibirsk əyalətində qeydə alınıb. Kadrlarda inkassatorun mağazaya yaxınlaşdığı və qarşısına keçərək “VAZ-2109” markalı avtomobilin dayandığı görülür. Bundan sonra “VAZ”ın içərisindən üzlərində tibbi maska, əllərində dəyənək və bibər spreyli iki nəfər düşür. Ardınca da əlində dəyənək olan şəxs xüsusi maşının sağ yan pəncərəsinə zərbələr endirərək şüşələri qırır və arxa oturacaqda içi pulla dolu çantanı götürmək istədikdə, inkassatorun sürücüsü özünü itirməyərək maşını arxaya verib və cinayətkarlardan uzaqlaşır. Qarətçilər isə riskə getməyərək hadisə yerindən qaçırlar.

Hazırda polis hadisəni törədərək qaçan 2 şübhəlini axtarır.

  

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020