Əsas səhifəMaraqlı"Hər avtomobil ildə cəmi bir təkərini dəyişsə, kifayətdir" - YENİ BİZNES
PAYLAŞ

"Hər avtomobil ildə cəmi bir təkərini dəyişsə, kifayətdir" - YENİ BİZNES

Maraqlı 31 Yanvar 2020 15:55 2452

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) qısa müddət ərzində ölkədə rezin tullantıların utilizasiyası və təkrar emalı ilə bağlı müəssisəsini istifadəyə verəcək.

Eləcə də bax: Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - UTİLİZASİYA BİZNESİ

FED.az xəbər verir ki, bunu “Report”a müsahibəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı bildirib.

Onun sözlərinə görə, hazırda dünya yeni nə isə yaratmaqla yanaşı, mövcud tullantıların utilizasiyası ilə bağlı çox böyük problem qarşısında qalıb: “Bu tip məsələlər bizi daim maraqlandırır. Bizim universitetimiz bu istiqamət üzrə də ixtisaslaşmış universitetlərdən biridir. Belə problemlərdən biri rezin tullantılarıdır”.

M.Babanlı bildirib ki, hazırda ölkədə 1,5 milyon avtomobil var: “Bu avtomobillərin hər birində də 4, 6 və ya 8 təkəri var. Bu təkər şinlərinin istismarı müddəti istər-istəməz tükənir. Hər avtomobil ildə bir dəfə təkərinin bircə şinini utilizasiya üçün versə, bu 1,5 milyon təkərin utilizasiyası deməkdir. Bu isə çox böyük ekoloji problemdir”.

Rektor deyir ki, ikinci tərəfdən isə bu məhsul təkrar emala getməlidir: “Artıq bununla bağlı ADNSU-nun yeni texnologiyası hazırdır və 3 istiqamətdə materiallarımız hazırlanıb: birinci istiqamət idman meydançaları üçün rezin döşəmələrin hazırlanması, ikinci istiqamət sorbentlərin hazırlanması, üçüncü istiqamət isə hər kəsin rezin “prokladka” kimi tanıdığı kipləşdiricilərin istehsalı istiqamətində yeni texnologiyaların tətbiqi. Düşünürəm ki, qısa müddət ərzində bu müəssisəmiz istifadəyə veriləcək”. 


MƏNBƏ: fed.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020