Əsas səhifəÖlkə“Azərxalça”nın fabrik və filialları yeni nəqliyyat vasitələri ilə təmin olunub
PAYLAŞ

“Azərxalça”nın fabrik və filialları yeni nəqliyyat vasitələri ilə təmin olunub

Ölkə 31 Yanvar 2020 16:48 2230

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətində yeni nəqliyyat vasitələrinin təqdimatı olub.

“Azərxalça”dan Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov son illər xalçaçılığın inkişafı, Səhmdar Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, “Azərxalça”nın respublikamızın bölgələrində 21 filialı, 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi fəaliyyət göstərir. Bu filial və məntəqələr üçün tikilən binalar lazımi avadanlıqlarla təmin olunub. Filiallarda çalışanların iş yerinə rahat gediş-gəlişinin qayğısına da qalınıb. Dövlət başçısının tapşırığı ilə 2018-ci ildə “Azərxalça”nın filialları 18 ədəd “Hyundai” markalı avtobusla təmin edilib. Səhmdar Cəmiyyətin fəaliyyəti ilbəil genişləndirildiyindən yeni nəqliyyat vasitələrinə ehtiyac yaranır. “Azərxalça” nın yeni filialları və Yunəyrici-Boyaq Fabriki üçün daha 5 avtobus alınıb, onlardan 4-ü artıq ölkəmizə gətirilib. Regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrində toplanan xammalın Yunəyrici-Boyaq Fabrikinə daşınması üçün yük maşınları da alınıb. Həmin yük avtomobilləri fevral ayının sonuna qədər ölkəmizə gətiriləcəkdir.

“Azərxalça”nın avtobusla təmin olunan Naradaran filialının direktoru Sürayyə Rzayeva, Yunəyrici-Boyaq Fabrikinin direktoru Cavid Səfərov onlara yaradılan şəraitə, göstərilən qayğıya görə kollektivlər adından ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Sonra yeni nəqliyyat vasitələrinə baxış olub.

Məlumat verilib ki, “İsuzu” markalı avtobuslar sərnişindaşıma ilə bağlı müəyyənləşdirilən tələblərə tam cavab verir. Bu avtobusların hər biri 29 sərnişin yerlikdir. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki “AVRO 5” standartına uyğundur. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınıb, havalandırma və kondisioner sistemi quraşdırılıb.

Yeni nəqliyyat vasitələri işçilərin rahat və təhlükəsiz şəraitdə mənzil başına çatdırılmasına imkan verəcəkdir.


MƏNBƏ: trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020