Əsas səhifəÖlkəAzərbaycan və Türkiyə vətəndaşlarını təxliyə edən təyyarə Uhandan havaya qalxıb
PAYLAŞ

Azərbaycan və Türkiyə vətəndaşlarını təxliyə edən təyyarə Uhandan havaya qalxıb

Ölkə 01 Fevral 2020 10:14 2121

Türkiyə və Azərbaycan vətəndaşlarını Çinin Uhan şəhərindən təxliyə edən Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Uhan şəhərindən havaya qalxıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd edilir ki, Səhiyyə Nazirliyinin əməkdaşlarının nəzarəti altında Türkiyə və dost ölkələrin vətəndaşları təyyarəyə qəbul edilib.

XXX

04:52

Türkiyə və Azərbaycan vətəndaşlarını Çinin Uhan şəhərindən təxliyə edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Çinin Uhan şəhərində eniş edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Təxliyə Türkiyənin Səhiyyə Nazirliyinin planlaşdırdığı əməliyyat çərçivəsində aparılır. Təxliyə olunanlar Türkiyədə 14 gün müddətində karantində olacaqlar.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirib.

“Səhiyyə naziri bildirib ki, bizdə hələ heç bir təhlükə yoxdur. Lakin Çində Azərbaycan vətəndaşları var. Onlar qayıtmaq istəyirlər. Tədbirlər görün və bizim azərbaycanlı qardaşlarımızın istəyini nəzərə alın. Onları Türkiyəyə gətirək”, - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 213 nəfərə, yoluxanların sayı ilə 9 692 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

XXX

23:07

Türkiyə və Azərbaycan vətəndaşlarını Çinin Uhan şəhərindən təxliyə edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Monqolustanın paytaxtında eniş edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, təyyarə Ulan-Batorda yanacaq doldurduqdan sonra Çinə yola düşəcək. Təyyarənin gecə saatlarında təyinat məntəqəsinə çatacağı gözlənilir.

Təxliyə Türkiyənin Səhiyyə Nazirliyinin planlaşdırdığı əməliyyat çərçivəsində aparılır. Təxliyə olunanlar Türkiyədə 14 gün müddətində karantində olacaqlar.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirib.

“Səhiyyə naziri bildirib ki, bizdə hələ heç bir təhlükə yoxdur. Lakin Çində Azərbaycan vətəndaşları var. Onlar qayıtmaq istəyirlər. Tədbirlər görün və bizim azərbaycanlı qardaşlarımızın istəyini nəzərə alın. Onları Türkiyəyə gətirək”, - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 213 nəfərə, yoluxanların sayı ilə 9 692 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.


MƏNBƏ: trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020