Əsas səhifəQəzaİranda avtobus aşdı: ölən və yaralanan var
PAYLAŞ

İranda avtobus aşdı: ölən və yaralanan var

Qəza 01 Fevral 2020 10:21 1384

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz-Sufian yolunda avtobus aşıb.

Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti təcili yardım idarəsinin sözçüsü Vəhid Şadiniya jurnalistlərə açıqlamasında deyib.

V.Şadiniyanın sözlərinə görə, səhər saat 06:00 radələrində baş verən qəzada 22 nəfər yaralanıb, bir nəfər həlak olub.

Şadiniya əlavə edib ki, yaralılar Təbrizin xəstəxanalarına köçürülüblər.

Faktla bağlı araşdırma aparılır.

25 km uzunluğunda Təbriz-Sufian magistral yolu Şərqi Azərbaycan vilayətində tıxaclı yollardan biri hesab olunur.


MƏNBƏ: trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020