Əsas səhifəQəzaZiya Bünyadov prospektində 3 avtomobil toqquşub
PAYLAŞ

Ziya Bünyadov prospektində 3 avtomobil toqquşub

Qəza 01 Fevral 2020 10:31 1289

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

"Chevrolet Camaro" markalı avtomobil metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman "Kia Sportage" markalı minik maşını ilə toqquşub, daha sonra səkiyə çırpılıb. Hadisə zamanı "Hyundai Elantra" markalı avtomobilə də yüngül ziyan dəyib.

Avtoqəzadan sonra prospektdə uzun tıxac yaranıb.

Yol qəzasının təfərrüatları araşdırılır. İlkin olaraq qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.


MƏNBƏ: apa.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020