Əsas səhifəÖlkəGənclərimizi ölümə aparan sevgisi: “AVTOŞ”luq
PAYLAŞ

Gənclərimizi ölümə aparan sevgisi: “AVTOŞ”luq

Ölkə 01 Fevral 2020 10:46 1254

Gənclərimizi qoruyaq, onlar bizim gələcəyimizdir.

Kimi valideyinlər ali məktəbə daxil olduğu üçün mükafat olaraq övladına avtomobil alır. Kimisi işləyərək topladığı pul ilə özü nail olur buna, kimisi də imkanlı ailənin övladı olduğu üçün, valideyinləri sanki oyuncaqmış kimi müxtəlif marka avtomobilləri alaraq, düşünmədən övladlarının avtomobil sükanı arxasında oturmalarına bilərəkdən göz yumurlar. Bəzi hallarda bu gənclər avtomobil idarə etmək üçün lazım olan yaşa çatmamış olurlar.

Bu kimi yollarla avtomobil sahibi olan gənclər, istər filmlərə baxaraq, istər sosial şəbəkələrdə izləyərək, istərsə də dost-tanışlarından eşidərək maraq göstərirlər, özlərinin və ətrafdakıların canını təhükəyə atan “avtoş”luq deyilən ölümə.Gənclər bu əmləllərini istər özləri, istərsə də dost-tanışlarının köməyi ilə video qeydə alaraq həvəslə paylaşırlar sosial şəbəkə hesablarında. Bu mövzu ilə bağlı yüzlərlə videomaterialı ortaya çıxartmaq üçün kiçik bir araşdırma kifayət edir.

Bəzi sosial şəbəkə hesablarında dəb halını almış belə “şou”ların “məşhur” iştirakçılarından biri də mənim “Qara 07” deyə adlandırdığım 90 HX 242 dövlət qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobil və onun sürücüsüdür. Sizə təqdim etdiyimiz video görüntülərdən də gördüyünüz kimi bu “Qara 07” Azərbaycan Respublikasının İXM-də əks olunan 511.1 və 511.3 maddələrinə əsasən Bakı küçələrində avtoxuliqanlıq edir. İstər video görüntülərdən istərsə də fotoşəkillərdən görünür ki bu gənc etdiyi əmələ görə qürur hissi  keçirir, bununla fərəhlənir. Bu məsələni hüquq mühafizə orqanlarının öz nəzarətinə götürəcəyini və qanun çərçivəsində lazımı tədbir görəcəyini ümid edirik.

Bundan əlavə isə ilk olaraq bu kimi maraqları olan gənclərə səslənirik: “Bu etdiyiniz əməllər qanuna zidd olmaqla yanaşı ilk növbədə siz, sizinlə yol gedən dost-tanışınızın və digər hərəkat iştirakçılarının mülk və canları üçün təhlükə yaradır. Bu birmənalı olaraq yolverilməzdir. Etdiyiniz qanuna zidd əməlləri video qeydə alaraq gənclərimizin izləyəbiləcəyi şəkildə sosial şəbəkələrdə paylaşmaqla həmin gənclərin sizdən bu ölümə aparan əməllərinizdən nümunə götürmələrinə, maraq göstərmələrinə səbəb olursunuz.

Bir neçə həftə bundan öncə Gəncə şəhərində bu yollaq qəzaya düşən gənc, anlıq bir həvəsin, anlamsız bir marağın qurbanı oldu. Bir ailə kədərə büründü. O atanın fəryadını, “oğlum” deyərək nalə çəkməsini necə unutmaq olar axı?!Həmin hadisənn təfərrüatları məlum olmadığı üçün kimisə günahlandıraraq, bu və ya başqa səbəbdən oldu demək olmur. Ancaq biz hamılıqda bu məsələyə həssaslıqla, diqqətlə yanaşmalıyıq. 

Bu kimi əməllərdən uzaq olmaq, görüntülərini paylaşmaq, müəyyən yaş həddinə çatmamış gənclərimizi sükan arxasına oturtmaq və ya buna icazə vermək, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək, qanunları bilmədən avtomobil idarə etmək və ya qanunlara məhəl qoymamaq və s.. 

Sadaladığımız hər hansı bir səbəbdən gənclərimiz dünyasını dəyişə bilər və ya bir ömür bədənində yaranmış qüsurla yaşamağa məhkum ola bilər.

Onlarla belə nümunələr var.Gənclərimizi qoruyaq, onlar bizim gələcəyimizdir. 

Unutmayaq ki qanunlar bizlərin təhlükəsizliyi üçün var.   

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020