Əsas səhifəQəzaBakı-Sumqayıt yolunda evakuatorun təhlükə şəraiti yaratması ilə bağlı RƏSMİ AÇIQLAMA
PAYLAŞ

Bakı-Sumqayıt yolunda evakuatorun təhlükə şəraiti yaratması ilə bağlı RƏSMİ AÇIQLAMA

Qəza 01 Fevral 2020 10:52 1862

Görüntü aydın olmadığı üçün sürücünün “Yol hərəkəti haqqında” qanunun müvafiq tələbini pozub-pozmadığı barədə dəqiq fikir söyləmək çətindir.

Bunu Oxu.Az-a Bakı Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Bakı-Sumqayıt yolunda hərəkət edən evakuatorun təhlükə yaratmasına dair məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yayılan videogörüntü aydın çəkilmədiyi üçün dəqiq fikir söyləmək çətindir:

“Görüntüdən daşınan yükün ölçü parametrləri yaxşı görünmür. Bu səbəbdən də dəqiq fikir söyləmək olmur. Əgər arxada yerlə sürünən evakuatorun yüküdürsə, o halda, sürücü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin (Yüklərin daşınması) tələbini pozub”.


MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020