Əsas səhifəQəzaYüksək sürət qəzaya səbəb oldu
PAYLAŞ

Yüksək sürət qəzaya səbəb oldu

Qəza 01 Fevral 2020 11:02 1161

Yüksək sürət üç avtomobilin əzilməsinə səbəb olub.

Oxu.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

“Chevrolet Camaro” markalı avtomobilin sürücüsü Koroğlu istiqamətində hərəkətdə olduğu zaman idarəetməni itirərək eyni istiqamətində hərəkətdə olan “Kia Sportage” markalı minik maşınına, daha sonra səkiyə çırpılıb. Zərbənin təsirindən “Kia” “Hyundai elantra” markalı avtomaşına dəyib.

Qəza zamanı xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisədən sonra prospektdə uzun tıxac yaranıb.

Avtoqəzanın təfərrüatları aparılan araşdırmalardan sonra bəlli olacaq.


MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020