Əsas səhifəÖlkəBakıda təcili tibbi yardım maşınının sürücüsü zibil qutularını eşələdi, araşdırma başladı
PAYLAŞ

Bakıda təcili tibbi yardım maşınının sürücüsü zibil qutularını eşələdi, araşdırma başladı

Ölkə 01 Fevral 2020 14:16 1966

Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirib.  

Dünən Bakıda təcili yardım maşınının sürücüsünün zibil qutularını eşələməsi və oradan özünə lazım olanları seçməsi ilə bağlı məlumat yayılıb. 

Avtosfer.az-ın məlumatına görə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ barədə araşdırma aparılır:

“Görüntülərdə təcili tibbi yardım avtomobilinin nömrəsi qeyd edilməyib. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır”.

Qeyd edək ki, ötən gün Baku TV-də Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün zibil qutusunu eşələməsi ilə bağlı görüntülər yayılıb. 

Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq yaxınlıqdakı zibil qutularını eşələyib. O, özünə lazım olan nələrisə zibilin içərisindən seçib götürüb.

Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirib.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020