Əsas səhifəQəzaGədəbəydə yol qəzasında ölən şəxsin kimliyi bilinib
PAYLAŞ

Gədəbəydə yol qəzasında ölən şəxsin kimliyi bilinib

Qəza 01 Fevral 2020 14:26 1488

Gədəbəy rayonunda baş verən yol qəzasında ölən şəxsin kimliyi bilinib.

"Report"un xəbərinə görə, qəza zamanı ölən şəxs Şəmkir rayon sakini, 23 yaşlı Səfərov Azər Bayram oğludur. 

Hadisə zamanı yaralananlardan digəri isə 1985-ci il təvəllüdlü Emin Budaqovdur. 


***12:39

Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Slavyanka kənd ərazisində qeydə alınıb. 

Mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb. Daha 7 nəfər - 1967-ci il təvəllüdlü Şəhla Şəmilova, 1996-cı il təvəllüdlü Solmaz Sadıqova, 1964-cü il təvəllüdlü Mənzər Məmmədəliyeva, 2002-ci il təvəllüdlü Coşqun Abbasov, 1985-ci il təvəllüdlü Sahil İsmayılov və 1963-cü il təvəllüdlü Ağa Ələkbərov xəsarət alaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020