Polşada kor kişi qəza törətdikdən sonra görməyə başlayıb. Avtosfer.az xəbər verir ki, Yanuş Qoray 20 il əvvəl allergiya səbəbindən sağ gözünün tor qişasında problem yaranıb, sol gözü ilə isə formanı və işığı ayırd edə bilib. Bu barədə yerli “Polsat News” telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, o, qəzadan sonra omba qırılması nəticəsində 2 həftəsini xəstəxanada keçirib və oradan çıxdıqdan sonra hər iki gözünün gördüyünü fərq edib.
Bundan əlavə, onun görmə qabiliyyətinin praktiki olaraq ideal olub.
Həkimlər bunun necə baş verdiyini izah edə bilməyiblər. Kişi həkimlərin araşdırmalarında iştirak etməkdən imtina edib.
Ancaq Qoray özü görmə qabiliyyətinin geri qayıtmasını iki baş zərbəsinin ardından açıldığına inanır.
O, bildirib ki, onun başı əvvəlcə avtomobilin kapotuna, sonra isə asfalta dəyib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər