Əsas səhifəMaraqlıAvtomobil təkərlərinə hava, yoxsa azot qazı vurmaq məsləhətdir?
PAYLAŞ

Avtomobil təkərlərinə hava, yoxsa azot qazı vurmaq məsləhətdir?

Maraqlı 03 Fevral 2020 10:16 1706

Son vaxtlar avtomobil təkərlərinə azot qazı vurulan məntəqələrin sayı artır. Avtosfer.az Xezerxeber.az-ə istinadən məlumatına görə, belə məntəqələrdə avtomobilin təkərinin havasını yoxlamadan əksər sürücüyə hava deyil, azot vurmaq məsləhət görülür. Bildirilir ki, azot təkəri uzun ömürlü etməklə yanaşı, sükanı həssaslaşdırır. Bəzi sürücülər isə bu vədlərə inanıb təkərləri azotla doldurtdururlar.

Əksər sürücü bilir ki, avtomobilin 4 təkərinə hava vurulması 1, ya da 2 manatdır. Ancaq siz hava yerinə azot vurdurmaq istəyirsinizsə mütləq çox pul ödəməlisiz. 4 təkəri azotla doldurmaq minimum 10 manata başa gəlir.

Avtomobil ustası Sahil Ağabəyli isə deyir ki, Avropa ölkələrində təkərə azot vurmaq anlayışı yoxdur. Yəni avtomobil şinlərinin uzun ömürlü olması azotla əlaqəli deyil.


Usta tövsiyə edir ki, sürücülər bu kimi vədlərə inanmasınlar. Avtomobillərinin təkərlərinə adi hava vurdursunlar.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020