Mingəçevir şəhərində iki küçənin kəsişməsində baş verən avtomobil qəzası zamanı “Azəriqaz” İstehsalat Birliyinə məxsus diametri 76 mm olan qaz xətti zədələnib. Qəza nəticəsində minə yaxın abonentin qaz təminatının dayandırılmasına zərurət yaranıb. Hal-hazırda Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və fəsadların aradan qaldırılması işlərinə başlanılıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər