Əsas səhifəÖlkəSumqayıt sakini cibinə bıçaq qoyub avtomobil qaçırdı
PAYLAŞ

Sumqayıt sakini cibinə bıçaq qoyub avtomobil qaçırdı

Ölkə 03 Fevral 2020 11:54 1465

Sumqayıtda avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini A.Abbasov fevralın 1-də saat 2 radələrində 11-ci mikrorayon ərazisindən “VAZ-2121” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini T.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. 

Ondan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020