Əsas səhifəQəza“Ford” “06” ilə toqquşdu: 1 ölü, 6 yaralı – Gədəbəydə
PAYLAŞ

“Ford” “06” ilə toqquşdu: 1 ölü, 6 yaralı – Gədəbəydə

Qəza 03 Fevral 2020 13:29 2036

Gədəbəy rayonunun 1 nəfərin ölümü və 6 nəfərində xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, fevralın 1-də saat 10 radələrində Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində Plankənd kənd sakini A.Ələkbərovun idarə etdiyi “Ford Transit” və Şəmkir rayon sakini S.İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə S.İsmayılovun sərnişinlərindən Azər Səfərov hadisə yerində dünyasını dəyişib, özü və digər 3 sərnişini, habelə A.Ələkbərov və onun sərnişini xəstəxanaya yerləşdirilib.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020