Fransadan Rusiyaya uçan təyyarədə pilotlar dalaşıb.
REN TV-nin xəbərinə görə, “Air France” aviaşirkətinə məxsus təyyarənin Paris-Moskva reysində pilotlar arasında dava düşüb.
Xəbərdə bildirilir ki, zolaqda hərəkətə başlayan təyyarə sonradan geri dönüb.
Bu zaman sərnişinlər pilotların olduğu kabinədə dava səsləri eşidiblər.
Nəticədə, ekipaj üzvləri dəyişdirilib və havaya qalxandan bir saat sonra, salonda olan aşağı temperatur səbəbindən təyyarə yenidən Parisə qayıdıb.
Sərnişinlər başqa təyyarə ilə Moskvaya yola salınıblar.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər