Əsas səhifəNəqliyyatKİV: Rusiyada Gürcüstanla aviauçuşların bərpası ideyası neqativ qarşılanıb
PAYLAŞ

KİV: Rusiyada Gürcüstanla aviauçuşların bərpası ideyası neqativ qarşılanıb

Nəqliyyat 03 Fevral 2020 14:33 1461

Rusiyada Çin bazarı ilə bağlı itkilərin kompnesasiyası üçün Gürcüstanla aviauçuşların bərpası məsələsi gündəmə gəlsə də, bununla bağlı müsbət qərar verilməyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri yazıb.

Nəşrin məlumatına əsasən, yanvarın 30-da Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrixin rəhbərliyi altında müşavirə keçirilib. 

Toplantıda nazir bu ilin aprel ayına qədər Misir kurortlarına uçuşlara qoyulan qadağanın aradan qaldırılmasının mümkün olduğunu deyib.

“Kommersant”ın mənbəsi bildirib ki, müşavirədə Gürcüstana aviauçuşların bərpa olunması ideyası neqativ reaksiya ilə qarşılanıb.

Qeyd edək ki, Rusiya ötən ilin iyulun 8-dən etibarən Gürcüstanla birbaşa aviauçuşları dayandırıb. 


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020