Əsas səhifəQəza“Range Rover” yarıya kimi TIR-ın altına girdi: 1 ağır yaralı
PAYLAŞ

“Range Rover” yarıya kimi TIR-ın altına girdi: 1 ağır yaralı

Qəza 04 Fevral 2020 10:35 2111

Türkiyənin Samsun vilayətində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında Atakum rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 56 yaşlı Halit Anayurt idarə etdiyi 55 LM 888 qeydiyyat nömrə nişanlı “Range Rover” markalı minik avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib və qarşısında hərəkətdə olan H.Ö.-nün (61) idarə etdiyi 68 HR 636 qeydiyyat nömrə nişanlı TIR-a arxadan çırpılıb. Zərbənin şiddətindən “Range Rover” TIR-ın yük yerinin altına girib.

Nəticədə minik avtomobilinin sürücüsü, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.


Faktla bağlı araşdırmalara başlanılıb.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020